Ceyms Bond üçün xüsusi bölüm yaradılacaq

7 Yanvar 2013 14:28 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kinematoqrafiya sənətləri və elmləri akademiyası, 24 fevralda keçiriləcək "Oscar" mükafat mərasimində bu il 50 yaşını qeyd edən Ceyms Bonda xüsusi bölüm ayrılacağını açıqlayıb. Mükafat mərasiminin prodüserliyini boynuna götürən Kreiq Zadan və Neil Mero, ingilis yazıçı İan Fleminqin məşhur casusu Ceyms Bondun macəralarının ağ pərdəyə çıxmasının 50-ci il dönümü üçün xüsusi nümayiş hazırladıqlarını söyləyiblər. Zadan və Mero, Ceyms Bond filmlərinin tarixdəki ən uzun davamlı bir film olduğunu və qlobal bir fenomenə çevrildiyini bildiriblər. Oktyabrda nümayiş olunan son Ceyms Bond filmi "Skyfall", dünyada 1 milyard kassa hasilatına çataraq indiyə qədərki ən müvəffəqiyyətli Bond filmi olub. Deniel Kreiqin üçüncü dəfə Bond olaraq kamera qarşısına keçdiyi filmin, "Oscar"a namizəd göstərilib göstərilməyəcəyi isə hələ bilinmir. Əvvəl "007" filmi, yalnız texniki və musiqi kateqoriyalarında namizəd göstərilmişdi. Xatırladaq ki, 85-ci Akademiya Mükafatlarının namizədləri yanvarın 10-u açıqlanacaq. Mükafatlar isə 24 fevralda sahiblərinə təqdim olunacaq.