Sakit okeandan tapılan yeni kəşf
7 Yanvar 2013 14:22 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyalı alimlər
ilk dəfə nəhəng bir mürəkkəb balığının Sakit okeanın şimalındakı
Çiçi adasının 15 km şərqində 630 metr dərinlikdəki təbii həyatını
görüntüləyə bilib. Elm adamları və jurnalistlər çox az oksigenin
olduğu okeanın dərinliklərinə üzərək orada 400 saat vaxt
keçirib. Yapon təşkilatı "NHK" və "US Discovery Channel"in ortaq
işindən sonra gümüş rəngli böyük qara gözlü, 8 metr uzunluğundakı
mürəkkəb balığı, axıntıya qarşı üzərkən görüntülənib. Nəhəng
mürəkkəb balığının mənşəyinin mifologiyada adı keçən, Skandinaviya
dənizində gəmilərə hücum edən əfsanəvi dəniz varlığı "Kraken"dən
gəldiyi düşünülür. Əfsanələrə görə Kraken, bir ada qədər böyük, bir
gəmini birbaşa təpəsinə qədər uzanan qollarıyla yıxa bilən əfsanəvi
bir dəniz varlığıdır.