Məşhur cütlüyün evinə polis basqın edib

7 Yanvar 2013 14:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın Los Anceles şəhərində yaşayan məşhur cütlük Ancelina Coli ilə Bred Pittin evi səhv verilən bir həyəcan siqnalına görə polislər tərəfindən mühasirəyə alınıb​​. Polislərə qapını açan baxıcı uşaqlardan birinin səhvən həyəcan düyməsini basdığını söyləyərək hadisəyə aydınlıq gətirib. "Daily Mail" qəzetinin xəbərinə görə, iş ilə bağlı evdə olmayan Coli və Pitt Los Ancelesin Los Feliz bölgəsində yerləşən evlərində baş verənlərdən xəbərsiz olublar. Uşaqların baxıcısı zəng vuraraq olanları izah edib. Məşhur cütlük 6 uşağıyla birlikdə keçən həftə ABŞ-lı stilist Donna Karanın Kariblərdəki "Turks and Caicos" adalarında olan evindəki tətillərindən yenicə qayıdıblar.