170 milyard "tweet" arxivlənəcək

7 Yanvar 2013 14:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ Konqres Kitabxanası ilə "Twitter" arasında iki il əvvəl əldə edilən razılaşmaya əsasən qurumun mikrobloqundakı "twitt"lər arxivlənəcək. Artıq Konqres Kitabxanası bu ana qədər 170 milyarda çatan "Tweet"lərin arxivlənməsinə başlandığını bildirib.Bu mikrobloq məktubları 2006-cı ildən bəri göndərilir.
İki il əvvəl edilən razılaşmaya görə kitabxana ilk olaraq 2006-2010 illəri arasında atılan 21 milyard "Tweet"i arxivləşdirəcək.
Dünya üzrə 470 milyondan çox istifadəçisi olan "Twitter"də hər gün yarım milyard "tweet atılır. 2010-cu ildən üzv sayı sürətlə artan sosial şəbəkədə son iki ildə atılan "tweet" sayını təxminən 150 milyarddir.