ABŞ-da daha bir kütləvi qırğın olub

7 Yanvar 2013 15:04 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Aurora şəhərində girov götürdüyü 3 nəfəri qətl edən təcavüzkar polislə girdiyi qarşıdurmada öldürülüb. 12 nəfərin öldürüldüyü kino qırğını da da eyni şəhərdə baş vermişdi. İyul ayında "Batman" filminin qalasında 12 nəfərin ölümü ilə nəticələnən qırğının baş verdiyi ABŞ-ın Kolorado əyalətinə yaxın Aurora şəhəri, yeni bir silahlı hərəkatla sarsılıb. Bir evdə 4 nəfərin girov olaraq tutulduğu xəbərini alan polis, etdiyi basqın nəticəsində girovlardan 3-ün cəsədiylə qarşılaşıb. Çıxan qarşıdurmada polis, təcavüzkarı vuraraq öldürüb. Silah səslərini eşidən qonşuların şikayətilə hadisə yerinə gələn polis, girovların tutulduğu evə girmək istədikdə atəş açılıb. Hadisə ilə əlaqədar başladılan istintaq səbəbiylə qatilin və qurbanlarının adları açıqlanmayıb. Polis spikeri Kasside Karlson əməliyyatdan əvvəl ətrafdakı evlərin tamamilə boşaldıldığını yazaraq, qurbanlarla təcavüzkar arasında necə bir əlaqə olduğunu araşdırdıqlarını bildirib.

Xatırladaq ki, 20 iyul 2012-ci ildə Auroradakı bir kinoteatrı basan Ceyms Holmes adlı bir gənc 12 nəfəri vuraraq öldürüb, 58 nəfəri də yaralamışdı.