Ərköyün uşaqlara hərbi cəza verilir
7 Yanvar 2013 15:08 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Cənubi
Koreyada ərköyün uşaqları öyrətmək üçün maraqlı bir üsul tətbiq
olunur. Hər il yaşları 11-17 arasında olan yüzlərlə uşaq ölkənin
cənubundakı Ansan şəhərindəki Blue Dragon (Mavi Əjdaha) adlı
düşərgədə 4-14 gün davam edən "hərbi təhsilə" məruz qalır. Təqaüdçü
dəniz piyadalarının təlim keçdiyi paytaxt Seulun 40 kilometr
cənubundakı düşərgədə uşaqlara əsgərlərlə eyni təlim tətbiq olunur.
Mənfi istilik dərəcələrində geyimsiz reallaşdırılan təhsildə,
məktəb çantalarında olduqca ağır olan ağacları daşıyan uşaqların
əzələlərinin güclənməsi təmin edilir. Günə, milli marşı avaz avaz
söyləyərək başlayan uşaqlar arasında gender ayrı-seçkiliyi də
edilmir. Cənubi Koreyalı valideynlər bu dayanıqlılıq testindən
keçən uşaqlarının daha "güclü fərdlər" olacağını iddia edir.