Həbsxanaya göndərilən pişik içəri buraxılmadı
7 Yanvar 2013 16:17 (UTC+04:00)
Movqe.Az bildirir ki, Braziliyada bir
həbsxanada məhkumlardan birinə göndərilən pişik əsas qapıdan
keçərkən tutulub. Pişiyin üzərinə bağlanılmış paketin içindən
çıxanlar isə hamını çaşdırıb. Pişiyin üzərindəki bantlar sökülən
zaman, paketin içinə qoyulmuş cib telefonu, batareya və kəsici
alətlər ortaya çıxıb. Bu materialların həbsxanaya daxil edilməsinin
istənildiyi məlum olduğunda hadisə ilə əlaqədar istintaq açılıb.