"Google" bu həftə Şimali Koreya səfərində
7 Yanvar 2013 16:39 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Google" icra
heyəti başçısı Erik Şmidt və ABŞ-ın Nyu Mexiko əyalətinin keçmiş
qubernatoru Bill Riçardson, bu həftə içində Şimali Koreyanı ziyarət
edəcək. Şmidt və Riçardsonun gələcək günlərdə ziyarət ilə əlaqədar
mətbuat konfransı keçirilmələri gözlənilir. Digər tərəfdən alınan
məlumata görə, Şimali Koreyanı ziyarət edəcək heyətə "Google
İdea"nın müdiri Cered Cohen də qoşulacaq. Cohen, keçən iyul ayında
Los Ancelesa şimali koreyalı qaçqınları dəvət edərək Şimali
Koreyadakı yoxsulluq ilə bağlı bir konfrans təşkil etmişdi. Bu
yaxınlarda "CBS" və "CNN" kanallarına qonaq olan Nyu Mexiko
əyalətinin keçmiş qubernatoru Bill Riçardson gəzintiləri haqqında
məlumat verib. Şimali Koreyanı tamamilə fərdi olaraq ziyarət
etdiyini söyləyən Riçardson, ölkəsini təmsil etmək üçün getmədiyini
söyləyib. Əvvəllər Şimali Koreyanı Birləşmiş Millətlər Təşkilatının
(BMT) nümayəndəsi olaraq bir neçə dəfə ziyarət etdiyini vurğulayan
köhnə qubernator, bu dəfə tamamilə sadə bir vətəndaş olaraq
getdiyini sözlərinə əlavə edib. Richardson, "Google" icra heyəti
başçısı Erik Şmidti eyham edərək gəzintinin bir ticarət gəzintisi
olmadığını vurğulayıb. Şmidtin diplomatiya ilə əlaqəsi olduğunu
ifadə edən Riçardson, özünü onun şəxsən dəvət etdiyini söyləyib.