İran Əsədi dəstəkləyir

7 Yanvar 2013 19:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi "IRNA"nın xəbərinə görə, xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Suriya Prezidenti Bəşər Əsədin həll planıyla əlaqədar olaraq, "Əsədin həll təklifi, regional və beynəlxalq dəstəyi almağa layiqdir" ifadəsini işlədib. Əsədin təklifinin, Suriyada son həftələrdə təmin edilən "qismən sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli addım olduğunu" irəli sürən Abdullahiyan, "Bu plan, tamamilə yerli bir plandır" deyib. Suriyalı rəsmilərin plana son əlavələrini vermədən əvvəl İran, Çin və Rusiyayla da müşavirələr keçirdiklərini ifadə edən Abdullahiyan, əhatəli olaraq qiymətləndirilə biləcək və şiddəti dayandırmağa kömək edəcək təklifin, bütün qruplar tərəfindən təməl olaraq qəbul ediləcəyini bildirib.