Kartof qızartması mübahisəsi böyüməkdədir

7 Yanvar 2013 18:00 (UTC+04:00)
Movqe.az xəbər ki, Fransa və Belçika arasındakı kartof qızartması müzakirələri getdikcə daha da böyüyür. Hər iki ölkə də kartof qızartmasının özünə aid olduğunu iddia edir. Fransızlar kartof qızartmasının Paris körpülərinin inşaası vaxtı yarandığını deyib. Belçikalılar isə qızartma Namur şəhərində Meuse çayının sahilində ilk olaraq balıqçılar tərəfindən kəşf edildiyini söyləyir. Mövzunu qiymətləndirən qida mütəxəssisi üzrə tarixçi Madlen Ferriere kartof qızartmasının küçə mətbəxinin bir məhsulu olduğunu, hansı ölkəyə aid olduğunun dəqiq ortaya çıxarılmasının çətin olacağını söyləyib. Ferriere, 1789-cu ildə reallaşan Fransız qiyamından sonra qızartma, Parisin ən köhnə körpülərinin üstündə Fransız satıcılar tərəfindən kəşf edilmə ehtimalının isə qüvvətli olduğunu dilə qeyd edib. Fransız tarixçi, o vaxtlar Parisli satıcıların kartof qızartması və isti şabalıdı bir vaxt satdıqlarını əlavə edib. Madlen Ferriere, Fransız yazıçı Luis-Ferdinand Celinenin, 1932-ci ildə yayımladığı gəzinti kitabında da "Bu Parisin kartof qızartmasıdır" adı ilə bir səhifə olduğunu söyləyib.