Papa: "Suriya tamamilə məhv olmadan bu qiyam bitsin"

7 Yanvar 2013 18:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Papa Benedikt beynəlxalq ictimaiyyəti tamamilə xarabaya dönmədən Suriyada bitmək bilməyən üsyana son verməyə çağırıb. Vatikana müraciət edən Papa Benedikt, vətəndaşlarının əziyyət çəkdiyi Suriyanın bitmək bilməz bir qiyamla qarşı-qarşıya olduğuna diqqət çəkib. Papa, qalibi olmayacaq bu böhranın sona çatdırılmasını istəyib.