"Happy Birthday To You" üçün yarış başladı

7 Yanvar 2013 18:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ad günü qeyd edənlərin məşhur mahnısı "Happy Birthday To You" üçün yarışma açılıb. "Happy Birthday To You"nun yerini alacaq mahnıdan TV proqramlarında və kino filmlərində ödənişsiz olaraq istifadə ediləcək.
Musiqi dünyasında məşhur olan "Warner Music Group" bu addımı atıb. Bununla yanaşı yarışa məşhur "WFMU" və "Free Music Archive" radiolarında da "Happy Birthday To You" mahnısına alternativ ola biləcək mahnı üçün yarışma təşkil edilib. "Free Music Archive"nin saytında yer alan xəbərə görə "Happy Birthday To You"ya alternativ olacaq mahnı üçün 12 dekabrdan başlayan müraciətlər daxil olur və 13 yanvara qədər davam edəcək. Yarışmanın münsifi isə qazanan mahnını 29 yanvarda açıqlayacaq.
Seçiləcək mahnının TV proqramları, kino dünyası və restoranlarda ödənişsiz olaraq çalınması planlaşdırılır.
Bir filmdə istifadə edildiyində təxminən 10 min dollar müəllif hüquqları üçün ödənişi edilə mahnının ticari haqqlarına 2030-cu ilə qədər "Warner Music Group" sahib.
"Warner Music Group" 1988-ci ildə müəllif haqqlarını satın aldığı mahnıdan bu günə qədər 2 milyon dollar qazanıb.