Həyat yoldaşından da, işindən də ayrıldı

7 Yanvar 2013 18:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, Almaniyada keçən il istefa etmək məcburiyyətində qalan nazir Kristian Vulff, həyat yoldaşından ayrılıb. Hannoverdəki vəkillərinə müraciət edən Kristian-Bettina Vulff  qarşılıqlı ayrılma razılaşması imzalayıblar. Boşanmalarından sonra 39 yaşlı Bettina Vulff, Hannoverdə Qrossburqvedel səmtindəki evlərində yaşamağa davam edib, 53 yaşlı Kristian Vulff isə Hannoverdə bir kirayəlik mənzilə köçüb. İlk evliliklərindən bir uşağı olan Vulff cütlüyü ikinci evlilikdən olan uşaqlarının vəlayətini isə birlikdə boynuna götürüblər. Vulff cütlüyü son olaraq Bettina Vulffun bloqunda, "yoldaşının Hannover bələdiyyə başçısı olmaq istədiyi" şərhini etməsiylə gündəmə gəlmişdi. Almaniyanın ən gənc Prezidenti olaraq tarixə keçən Kristian Vulff, aylarla davam edən təzyiqlər və Hannover Baş prokurorluğunun toxunulmazlığının qaldırılmasına qərar verməsinə görə vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdı.