Yeni kitab mağazası açıldı - FOTOLAR

7 Yanvar 2013 18:58 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu gün Bakıda "YerAltından Kitablar" kitab mağazasının açılışı və təqdimatı keçirilib. "YerAltı Kitab"ın təqdimatı saat 13:00-da "Xəmsə" Kitab Evində (Rus Dram Teatrının yanı) baş tutub. Əsasən Türkiyədən gətirilən kitabların üstünlük təşkil etdiyi mağazanın açılışı zamanı gənc yazarları və müxtəlif sahələrdə çalışan gənc fəalları da görmək olardı.

Təşkilatçılardan, Etibar Salmanlının verdiyi məlumata görə, qeyri-adi üslubda hazırlanan mağazada müxtəlif sahələrə aid kitabların satışı həyata keçiriləcək: "Oxucular istədikləri kitabları "YerAltından Kitablar" kitab mağazasına sifariş verə bilər və biz qısa zaman ərzində həmin kitabları sifarişçilərə çatdıra bilərik." Onun sözlərinə görə açılışda kitablar ənənəvi qiymətindən nisbətən ucuz satılır və tədbirdə iştirak edənlər arasında lotereya oynanılacaq. Qalib gəlmiş 3 kitabsevərə kitab hədiyyə ediləcək.