Ölümündən 42 gün sonra əkiz doğdu

23 Aprel 2012 12:37 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞ-ın Miçiqan əyalətində  hamilə qadının  ölümündən 42 gün sonra əkiz uşaqları dünyaya gəlib.  26 yaşındakı ana Kristina Bolden ötən ay həyat yoldaşı və 3 yaşındakı oğlu ilə gəzərkən yerə yıxılıb və başından zədə alıb. Beyin qanaması keçirən qadın üçün həkimlər əllərindən gələni etsələr də onu xilas edə bilməyiblər. Kristinanın nənəsi həkimlərə ona narkoz vermələrini söyləyib, beləcə körpələri xilas etmək mümkün olub.

Əfqanə Məzahirqızı