İstanbul tətildə

8 Yanvar 2013 13:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İstanbul valiliyi qar yağışı səbəbilə məktəblərdə tədrisə bir gün fasilə verildiyini açıqlayıb. Valilikdən verilən açıqlamaya görə, dövlət təşkilatlarında çalışan əlillər və hamilələr də bu gün icazəli sayılacaq.
Baş Meteorologiya İdarəsi isə bu gün Mərmərə bölgəsinin şərqində (İstanbul, Kocaeli, Sakarya, Yalova, Bursa, Bilecik), Qərbi Qara dəniz sahillərində (Zonguldağ, Bartın, İnebolu), Orta və Şərqi Qaradənizdə, İç Anadolunun cənubunda və şərqində (Konya, Kırşehir, Nevşehir, Aksaray, Sivas, Yozqat, Kırıkkale, Ankaranın cənub və şərq hissələri), Şərqi Anadolunun şimal və şərqində(Ərzrum, Ərzincan, Qars, Ərdahan, Ağrı, Iğdır, Elazığ, Muş, Bingöl, Bitlis, Van, Hakkari, Şırnak), Bolu, Karabük, Düzcə, Siirtdə, axşam saatlarında isə Cənub-Şərqi Anadolunun şərqində (Diyarbəkir, Batman, Siirt, Mardin) güclü qar yağacağını açıqlayıb.