Bu da "Sony"nin su keçirməyən telefonları!

8 Yanvar 2013 14:43 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyanın qabaqcıl texnologiya nəhəngi "Sony"nin su keçirməyən mobil telefonu Xperia Z, ABŞ-ın Las Veqas şəhərində texnologiya sərgisində istifadəçilərə təqdim edilib. 13 megapiksel kameraya sahib telefonunun ekran böyüklüyü isə 5 düymdür. Telefonun ən əhəmiyyətli xüsusiyyəti isə su geçirməməsidir. Telefon 1 metr dərinlikdəki suda 30 dəqiqə müddətində su keçirmədən işləyə bilir. Sony mobil rəsmisi Stiv Volker istifadəçilərin duş qəbul edərkən də HD keyfiyyətində film izləyə biləcəyini və telefonu suya salma qorxusu yaşamayacağını vurğulayıb. Volker, "duşa telefonunuzla birlikdə girə bilərsiniz. Telefon kirlənsə yuya bilərsiniz" deyib. Volker, araşdırmaların hər 10 nəfərdən birinin telefonunu suya saldığını göstərdiyinə diqqət çəkib. 4G texnologiyasının olduğu telefon "Google"ın çıxardığı Android proqramına malikdir.