Tacikistan kiril əlifbasını ləğv etməyəcək

8 Yanvar 2013 14:55 (UTC+04:00)

Movqe.Az bildirir ki, Tacikistan təhsil naziri Nuriddin Saidov, kiril elifbasından ərəb əlifbasına keçmə kimi bir layihələrinin olmadığını bildirib. Paytaxt Düşənbədə təşkil edilən mətbuat konfransında danışan Saidov, "Keçmişimizi öyrənəcəyik. Keçmişini bilməyən, xalqının mədəniyyətini də bilməz. Keçmişi yalnız yad edəcəyik, amma keçmişə dönməyəcəyik. Hədəfimiz irəli getməkdir." deyib. Mövzuyla əlaqədar Özbəkistandan bir nümunə gətirən nazir Saidov, bu ölkədə azlıqlar üçün kiril, yerli xalq üçün isə latın əlifbasının etibarlı olduğunu və bu müddətdə çətinliklərin yaşandığını iddia edib. "Mən müsəlmanam. Xalqımı, mədəniyyyətimi və ədəbiyyatımı sevirəm. Ancaq, eyni zamanda realist insanam. Bəzi hadisələrə həqiqi bir gözlə baxıram." deyə danışan Tacik təhsil naziri Saidov, xarici dil təhsilinə əhəmiyyət verdiklərini və xüsusilə yüksək texnologiyanı qavraya bilmək üçün tələb olunan dillərin öyrənilməsi lazım olduğunun vurğulayıb. Nazir Saidov, tacik gənclərini universitet təhsili üçün xaricə göndərdiklərini də bildirərək, keçən il 1269 şagirdin xaricə getdiyini söyləyib. Nazir, tacikistanlı şagirdlərin Rusiya, Çin, Ukrayna, Belarusiya və Qazaxıstanda universitet təhsili gördüklərini vurğulayıb.