Nəhəng balığı görüntüləmək mümkün olub

8 Yanvar 2013 15:22 (UTC+04:00)

Movqe.Az bildirir ki, Yapon mütəxəssislər və televiziyaçılar, Böyük Okeanın dərinliklərində yaşayan nəhəng mürəkkəb balığı görüntüyə almağı bacarıblar. Yaponiya Milli Elm Muzeyindən mütəxəssislər, Yapon dövlət televiziyası "NHK" və "Discovery Channel"in əməkdaşlığı ilə davam edən araşdırmalar nəticəsində dənizin 630 metr dərinliyində yaşayan nəhəng mürəkkəb balığı aşkar ediblər. 100 nəfərlik qrup 400 saat davam edən işin nəticəsində nəhəng balığı tapıblar. "NHK" kamerasında əks olunan görüntülərdə gümüş rəngli mürəkkəb balığının böyük qara gözləri olduğu görülür. Muzey mütəxəssisi Tsunemi Kubodera, 630 metr dərinlikdə gördükləri balığı 900 metr dərinliyə qədər təqib etdiklərini söyləyib. Mürəkkəb balığını bir neçə vaxtdır axtardığını bildirən Kubodera, "Çox gözəl parlayırdı. Öz gözlərimlə görəndə tüklərim ürpərdi." deyərək hisslərini izah edib. Mürəkkəb balığının 3 metr uzunluğunda olduğu bildirilib. Yapon ekspert Kubodera, balığın 2 qolunun olmadığını, bunların da olduğu təqdirdə boyunun 8 metrə çıxacağını söyləyib. Mürəkkəb balığının boyları 17 santimetr ilə 17 metr arasında dəyişən növləri vardır. Amma əksəriyyəti 50-60 santimetr arasında olurlar.