461 ədəd yeni planet kəşf edilib

8 Yanvar 2013 16:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, NASA-nın "planet ovçusu" Kepler kosmos teleskopu əksəriyyəti Yerlə eyni ölçülərdə olan 461 mövcud planet tapıb. Bunlardan 4-ü normal həyata uyğun xüsusiyyətlərə malikdir. Alimlər qalaktikada yer kürəsi ilə eyni ölçülərdə ən az 17 milyard planet olduğunu bildirib. Kepler astronomu Xristafor Burke, ABŞ-ın Kaliforniya əyalətindəki "Long Beach" şəhərində təşkil edilən Amerika Səma elmləri Birliyi konfransındaçıxış edib. İki il əvvəl 1200 obyekt müşahidə etdiklərini ifadə edən Burke, "Bir il sonra daha çox göy cismi təsbit etdik. Çox sayda kiçik və böyük planetlər gördük. 22 aylıq müşahidə nəticəsində 461 yeni planet təyin olunub. "deyib. Burke, kəşf edilən 4 planetin ulduzlara uzaq olması səbəbiylə həyat üçün əlverişli ola biləcəyini əlavə edib. Kepler teleskopunun kəşfləri arasında Yerdən 1.5 dəfə daha böyük, Günəşə bənzəyən bir ulduzun ətrafında dönən, bir il 242 gün olan və üzərində su olduğu düşünülən bir planet də var.