İtən "Bağça" tapıldı

8 Yanvar 2013 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Le Jardín" (Bağça) adlı rəsm əsərinin, polşalı bir kolleksiyaçının təklifi ilə sənət dəllalı Çarles Robertsin İtkin Sənət Əsərləri Qeydlərini yoxlaması nəticəsində ortaya çıxdığı bildirilib. Təxminən 1 milyon dollar dəyərində olan əsərin hələlik bir kassada qorunduğu və gələcək günlərdə Stokholmdakı Müasir İncəsənət Muzeyinə qaytarılması üçün İsveç Mədəniyyət Nazirliyinə təslim ediləcəyi bildirilib. "Le Jardín", 11 may 1987-ci ildə Stokholmdakı Müasir İncəsənət Muzeyindən oğurlanmışdı. Muzeyin qapısını qıran oğrular 10 dəqiqə içində rəsm əsərini asılı olduğu divardan götürüblər. Rənglərin istifadəsi və insan fiqurunun əks olunması ilə cığır açan üsulları inkişaf etdirən Matisse, Pablo Pikasso və Marsel Duçamp ilə birlikdə 20-ci əsrin ən əhəmiyyətli sənətçilərindən biri kimi tanınır.