Hava limanının açılışı yenə də təxirə salındı

8 Yanvar 2013 16:18 (UTC+04:00)

Movqe.Az bildirir ki, Almaniyanın paytaxtında neçe vaxtdır tikinti işləri bitməyən "Berlin-Brandenburg Beynəlxalq Hava Limanı"nın açılışı son üç il ərzində dördüncü dəfə ertələndiyi üçün ilk istefasını verib. Berlin Bələdiyyə Başçısı Klaus Vovereit, təşkil etdiyi mətbuat konfransında açılışın daha əvvəl planlaşdırılan 27 oktyabr 2013-cü il tarixinə çatmayacağını tsdiqləyib və hava limanının nəzarət etmə təşkilatı başçılığından da ayrıldığını açıqlayıb. "Deutsche Welle", Vovereitin bəzi texniki problemlər olması səbəbi ilə açılış üçün yeni bir tarix verməkdən qaçdığını bildirib.

Alman mediası "Berlin-Brandenburg Beynəlxalq Hava limanı"nın, nəzarətçilərin etdikləri son təhlükəsizlik idarəsində də etibarlı not ala bilmədiyini bildirib. "Bild" qəzeti, havalimanı inşaatında yanğın təhlükəsizliyi mövzusunda ciddi səhvlər edildiyi nəticəsinə gələrək, tikintisi tamamlanan hava limanının xidmətə açılmasına razılıq vermədiyini bildirib. İnşaatına 2006-ci ildə başlanan və 2011-ci il oktyabr ayında xidmətə açılması planlaşdırılan "Berlin-Brandenburg Beynəlxalq Hava Limanı"nın inşaatının ancaq 2012-ci il yaz aylarında tamamlana biləcəyi söylənilmişdi. Hava limanının açılışı, yanğın təhlükəsizliyi sistemində çatışmazlıqlar və səhvlər təsbit etməsi səbəbiylə əvvəl 2013-ci ilin mart ayına, sonra isə oktyabr ayına təxirə salınıb.