Məşhur müğənninin ölüm səbəbi dəqiqləşdi
8 Yanvar 2013 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərə məhkəməsi,
dünyasını dəyişən müğənni Emi Vaynhausun həddindən artıq spirtli
içki qəbul etməsindən öldüyünü təsdiqləyib. 27 yaşında vəfat edən
müğənninin ölümüylə əlaqədar "St. Pancras" məhkəməsində görülən
ikinci istintaqda bu gün açıqlanan qərara görə, müğənninin spirtdən
zəhərlənməsi nəticəsində öldüyü qeyd edilib. Onun ölümüylə əlaqədar
aparılan ilk istintaqda prokurorun hüquq sahəsində kafiliyi
olmadığı ortaya çıxıb və yenidən istintaq açılmasına qərar verilib.
İlk istintaqda da müğənninin həddindən artıq spirtli içki qəbul
etdiyinə görə öldüyü bildirilimişdi. "Grammy" mükafatı laureatı
olan ingilis müğənni Emi Vaynhaus, 2011-ci il iyul ayında Londonun
şimalındakı Camden səmtindəki evində ölü olaraq tapılmışdı.