Marsa səyahətin qarşısındakı maneə

8 Yanvar 2013 16:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Marsa səyahət vəzifəsi simulasiyasının ilkin nəticələri alınmağa başlanıb. Beynəlxalq Elmlər Akademiyasının nəşr etdiyi araşdırmaya görə astronavtların yaşadığı problemlərin yuxu nizamlarının pozulmasından qaynaqlandığı təyin olunub. Tədqiqatlara görə hər astronavt planetlər arası səyahət üçün uyğun olmaya bilər. Mars500 simulyasiya layihəsi qrupunun reallaşdırılacağı səfərin öhdəsindən gəlib gələ bilməyəcəklərilə bağlı araşdırma edilib. Təcrübədə vəzifə alan astronavtlardan bəziləri təcrid edilib. "Pennsylvania" Universitetinin apardığı araşdırmanın yuxu ilə əlaqədar hissəsində çalışan Professor Masias Basner, simulyasiyanın, gələcəkdə edilməsi nəzərdə tutulan bir Mars səyahətində astronavtların təbii olmayan gecə gündüz dövrü ilə necə başa çıxdıqlarını müşahidə etmək üçün edildiyini söyləyib.