Dil təhsili ana bətnində başlayır

8 Yanvar 2013 18:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikalı və İsveçli elm adamlarının apardğı araşdırma, körpələrin doğulduqdan yalnız bir neçə saat sonra ana dili və xarici dil arasındakı fərqi anlaya bildiyini göstərib. Körpənin anasının bətnində ana dilini mənimsəməyə başladığını vurğulayan alimlər, yarısı oğlan və yarısı qız olmaqla  7-75 saat əvvəl doğulan 80 körpəyə analarının ana dili olan ingilis ya da isveç səslər ilə xarici bir dildəki səsləri qulaq asdırıblar. Bu səslərə qulaq asan zaman körpələrin diqqətləri bir kompüterə bağlı əmziyin əmmə müddətlərinə görə qiymətləndirilib.