"Təcavüzdən əvvəl yalvaramalı idi"
8 Yanvar 2013 17:58 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Hindistanın dini
liderlərindən biri bu ölkədə baş verən məlum zorlanma hadisəsinə
münasibət bildirib. Guru Bapunun fikirləri isə ölkəni ayağa
qaldırıb. Onun sözlərinə görə qız ən az ona təcavüz edənlər qədər
günahkardır. Bapu 16 dekabrda baş verən kütləvi cinsi zorakılıqla
bağlı məsələlərə münasibət bildirərkən deyib ki, orda zorlanan 23
yaşlı qurban təcavüzkara yalvarmalı idi.