İranda tanınmış azərbaycanlı fəal həbs edilib

9 Yanvar 2013 10:05 (UTC+04:00)

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, İranın  Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları Məhəmməd Xətibinin atası evinə basqın edərək, onu tutublar. Məhkəmənin icazə sənədini göstərməyən məmurlar azərbaycanlı fəalın evində axtarış apararaq, ona məxsus şəxsi əşyaları müsadirə ediblər. Verilən məlumata görə, hazırda M.Xətibi ETTELAAT-ın Təbriz şöbəsində təkadamlıq kamerada saxlanılır.

Qeyd edək ki, M.Xətibi daha öncə 2011-ci ilin aprel ayında Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilib.