"Mənə hörmətsizlik edirlər"

9 Yanvar 2013 12:19 (UTC+04:00)
Madridin "Real" klubunda son iki oyunda start heyətdə meydana çıxan gənc qapıçı Antonio Adan Sosyedad "Real"ı ilə matçın altıncı dəqiqəsində qırmızı vərəqə almasına və ona yönələn tənqidlərə münasibət bildirib. O, oyundan xaric olunmasının haqsızlıq olduğunu bildirib. "Məncə, mübahisəli bir vəziyyət idi. Lakin futbolda belə şeylər olur. Bunları qəbul etməli və yolumuza davam etməliyik. Bəzi insanlar bilmədən mənə hörmətsizlik edirlər. Mən bu komandanın bir parçasıyam və mən də oynamalıyam. Bu səviyyəyə gəlməyim üçün 16 il gözləməli olmuşam", - deyə o qeyd edib.