Qısa boylu kişilər üçün ayaqqabılar istehsal olunub

9 Yanvar 2013 14:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiyada bir ayaqqabı firması qısa boylu kişilər üçün xüsusi bir ayaqqabı istehsal edib. Ayaqqabının xüsusi quruluşu sayəsində 7 santimetrlik bir əlavə uzunluqla təmin edildiyi bildirilib. "Kitaşima" adlı ayaqqabı firmasının istehsal etdiyi bu ayaqqabılara qıraqdan baxıldığında normal bir ayaqqabı olaraq görülür. Ancaq içinə yerləşdirilən əlavə parça sayəsində onu geyinən normaldan daha uzun olur. Yapon şirkəti bu xüsusiyyətinə baxmayaraq ayaqqabının çox rahat olduğunu və uzun müddət geyinildikdə problem yaratmadığını da qeyd edib. Firma, "ayaqqabını çıxardığınız zaman belə içərisindəki əlavə parça gözə dəymir" deyib. Ayaqqabının 190 dollara yaxın satış qiyməti var.