Sərnişinlə dolu hava şarı yerə çırpıldı - VİDEO

9 Yanvar 2013 15:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kalifornia əyalətində baş verən hadisənin hər saniyəsi sərnişinin kamerasında əks olunub. Hadisə dünən San Dieqo şəhərində baş verib. Belə ki, bir toy mərasimindən sonra aralarında gəlin və bəyin də iştirak etdiyi 14 adam günəşin batmasını izləmək üçün hava şarı ilə şəhər turuna çıxıblar. Enişə keçildiyi vaxt əsən sərt külək bütün planları alt-üst edib. Sərt bir eniş olacağını hiss edən zaman hər kəs bir-birindən bərk-bərk tutmağa çalışıblar. Hava şarı sərnişinlərin qışqırıqları arasında bir evin bağçasına çırpılıb. Sərnişinlər, xoşbəxtlikdən qəzanı kiçik sıyrıqlarla . Hadisənin hər saniyəsi cib telefonu kamerasına qeyd edilib.