Apple plastik iPhone çıxaracaq
9 Yanvar 2013 15:19 (UTC+04:00)
Movqe.Az ABŞ mediasına istinadən xəbər
verir ki, Apple şirkəti daha ucuz və plastik bir iPhone modeli
üzərinə çalışır. MarketWatch saytında yer alan xəbərə görə, Apple
uzun zamandır üzərində çalışdığı ucuz modellə bağlı işləri
yekunlaşdırmaq üzrədir. Modelin ilin sonuna qədər bazara
çıxarılması gözlənilir. Digitimes və Wall Street Journal tərəfindən
də təsdiqlənən xəbərə görə, Apple xüsusilə bahalı telefonların az
alındığı Çin kimi inkişaf etməkdə olan bazarlarda istehlakçıları
cəzb etmək üçün ucuz iPhone istehsal edəcək. Ehtimallar hələ
reallaşmasa da ucuz modellərdə istifadə ediləcək kassaların polad
yerinə alüminium olacaq. Applenin bu qərarın ardındakı ən böyük
səbəb Google sistemini Androidin istifadə edən cib telefonlarıdır.
iPhonelərə bənzər xüsusiyyətlər təqdim edən modellərin daha aşağı
qiymətlərə satılması ABŞ-a məxsus şirkət üzərində ciddi bir qiymət
təzyiqi yaradır.