Keçmiş “First lady” albom çıxaracaq

9 Yanvar 2013 16:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi aprel ayında yeni albom çıxaracaq. "Little French Songs" adlı albomda Fransanın məşhur yazıçılarının bəstələrinin olacağı bildirilib. Avropanın ən məşhur sənət agentliyi "Artmedia"nın sahibi Bertrand de Labbeyk, keçmiş "first lady"nin albomunun tamamlandığını açıqlayıb. Labbeyk, mediaya da müraciət edərək albomun sənət baxımından dəyərinin daha yaxşı başa düşülməsi üçün Karla Bruninin "Elysee" günlərinin unudulmasını istəyib. "Artmedia"nın müdiri, Bruninin siyasətçi bir şəxsiyyət olmadığını xatırlatıb və keçmiş "first lady"nin yoldaşına qarşı edilən bütün hücumlara çox həssas davrandığını və o dövrü pis keçirdiyini söyləyib. Karla Bruninin əvvəllər verdiyi müsahibəsində, "Elysee" sarayında yaşadığı günlərin çıxaracağı albomla əlaqəli ona heç bir təsiri olmadığını bildirmişdi. Bruni, albomda həyat yoldaşı üçün bir mahnının da yer alacağını açıqlamışdı. Xatırladaq ki, Karla Bruni-Sarkozi son albomunu 2008-ci ildə çıxarıb.