ABŞ ilk dəfə Əfqanıstandan qoşunlarını geri çakəcəyini bildirib
9 Yanvar 2013 16:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, uzun müddətdir
Əfqanıstanda olan hərbi mövcudluğunu azaldacaqları istiqamətində
şərhlər edən Ağ Ev rəsmiləri ilk dəfə ölkədəki bütün ABŞ
əsgərlərini çəkə biləcəklərindən bəhs edib. Əfqanıstan prezidenti
Hamid Karzainin ABŞ-a gəldiyi bir vaxtda edilən şərhə görə ABŞ NATO
hərbi missiyasının başa çatacağı 2014-ci ildən sonra bütün
əsgərlərini ölkədən çəkəcək. Cümə günü Ağ Evdə Karzai ilə görüşməsi
gözlənilən Obamanın görüşdən sonra mövzu haqqında daha ətraflı şərh
verməsi düünülür. Digər tərəfdən müdafiə naziri Leon Panetta daha
əvvəl söylədiyi nitqində Əl Qaidənin ölkədə hələ də təsirli
olmasından ötəri ABŞ-ın 2014-cü ildən sonra da Əfqanıstanda əsgər
saxlamağa ehtiyacı olduğunu söyləmişdi.