"Messenger"ə əlvida

9 Yanvar 2013 16:24 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Microsoft"un bir zamanların məşhur mesajlaşma proqramı "Live Messenger" son günlərini yaşayır. Bəzi "Live Messenger" istifadəçilərinə göndərilən "Microsoft" imzalı e-poçtlarda proqramın son istifadə tarixinin 15 mart 2013-cü il olduğu bildirilib. Bu tarixdən etibarən "Microsoft" istifadəçiləri "Skype"a istiqamətləndiriləcək. Bunun üçün istifadəçilərin ekranına bir bildiriş paneli gələcək və "Skype"a daxil olunması istəniləcək.