Çex xalqı Prezident seçkilərinə hazırlaşır

9 Yanvar 2013 16:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çex Respublikasında xalq prezidentini ilk dəfə birbaşa seçki yolu ilə təyin etmək üçün bu həftə seçki məntəqələrinə gedəcək. Doqquz namizədin mübarizə aparacağı seçkilərdə ən güclü namizəd sabiq baş nazirlərdən olan Miloş Zemandır. Onun rəqibi isə yenə keçmiş baş nazir olan mərkəz sağ namizədi Jan Fişerdir. Qazanan namizəd mövcud Prezident  Vaclav Klausu əvəz edəcək. Xatırladaq ki, Klaus, parlament tərəfindən seçilmişdi.