170 nəfər soyuqdan ölüb

9 Yanvar 2013 17:48 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyada mənfi 50 dərəcəyə qədər düşən soyuqlar səbəbi ilə 170 nəfər dünyasını dəyişib. Rəsmilər həddindən artıq soyuq hava səbəbiylə, dünən Rusiyada 17 nəfərin donvurma təhlükəsi ilə xəstəxanaya qaldırıldığını ifadə edib. "Interfax"a məlumat verən rəsmilərdən biri, "Bu il 3 mindən çox vətəndaş donvurma təhlükəsi ilə xəstəxanalara qaldırılıb." deyib. Soyuq havalardan təsirlənənlərdən 163-nün isə uşaq olduğu deyilib. Rusiya Dövlət Tibb Müalicəsi Araşdırma Mərkəzi Başçısı Sergey Baytsov ölümlərin daha çox spirt alaraq çölə çıxan vətəndaşlarda  olduğunu bildirib.