"Sizin "Google" Şimali Koreyada belə istifadə edilir"
9 Yanvar 2013 17:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Google"un rəhbəri
Erik Şmit internet istifadəçilərinə qatı məhdudiyyətlər tətbiq
Şimali Koreyanın paytaxtı Pyongyangda görüşlər keçirib. Ziyarət
etdiyi universitetdə Şimali Koreyalı tələbələr, "Google"dan necə
istifadə etdiklərini göstərib. Şmitin Nyu Mexiko valisi Bill
Riçardsonun müşaiyət etdiyi bildirilir.
Şimali Koreyalı tələbələr Şmitə "Google" və "Wikipedia"da necə
araşdırma apardıqlarını göstərib. Bəzi Şimali Koreyalılar, kompüter
istifadəsinin təşviq edilməsi planı çərçivəsində yerli "intranet"
imkanından faydalanır. Ancaq ölkədə dünya səviyyəsindəki internet
saytlarına girə bilənlərin sayının məhdud olduğu deyilir.
Riçardson, daha əvvəl verdiyi şərhdə Şimali Koreyaya etdikləri
ziyarəti ''xüsusi humanist missiya'' olaraq qiymətləndirmiş və
Şimali Koreyanın siyasi, iqtisadi və hərbi rəsmiləri ilə bir sıra
görüşlər keçirəcəyini açıqlamışdı.