Sirli cinayət ölkəni sarsıdıb

9 Yanvar 2013 18:48 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədə kişi yoldaşıyla yaşayan 23 yaşlı rus əslli Anastasia Voykinanın sirli cinayəti ölkəni sarsıdıb. Londonda Portuqaliyalı sevgilisi Felipe Lopes ilə yaşayan gənc qız, ailəsinin müraciətilə polis tərəfindən axtarılıb. Onun sevgilisinin isə yoxa çıxdığı bildirilib. Qonşular evdən təpik və qışqırıq səslərinin gəldiyini söyləyib. Lopes ilə yay tətilində tanış olduğu düşünülən Anastasianın Facebook vasitəsilə göndərdiyi mesajlarda isə nə qədər xoşbəxt olduğunu söyləməsi diqqət çəkib. İndi polislər hər yerə Felipe Lopesi axtarır.