Qaralov: "Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı cinayət işlərini xüsusi nəzarətə götürüb"

1 Oktyabr 2016 12:30 (UTC+04:00)

"Ukraynada azərbaycanlıların öldürülməsi və digər cinayətlərin baş verməsi ilə əlaqədar Ukraynanın baş prokuroru ilə rəsmi yazışmalarımız var, telefon əlaqəsi yaratmışıq. O, bizim müraciətimizə ciddi yanaşıb".

 

Movqe.az-iın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

 

Z. Qaralov bildirib ki, Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür".

 

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.