Amnistiya aktının tətbiqi nəticəsində 2800-dən çox şəxs azadlığa buraxılıb

1 Oktyabr 2016 15:00 (UTC+04:00)

Azərbaycanda Amnistiya aktının tətbiqi nəticəsində 2800-dən çox şəxs azadlığa buraxılıb.


Movqe.az  məlumat verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.


Qeyd olunur ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş "28 May – Respublika Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" 20 may 2016-cı il tarixli qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli iş nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə Amnistiya aktı ümumilikdə 10 079 məhkum olunmuş şəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, о cümlədən 97-si yetkinllk yaşına çatmayan şəxs olub.


Məqalədə bildirilir ki, həmçinin Amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində сərimə ödəməkdən azad olunub. Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad edilib.