Bina uçdu - xəsarət alan var

2 Oktyabr 2016 15:00 (UTC+04:00)

Bazar günü Çinin Qansu vilayətində iki bina uçub. Movqe.az RİA Novosti-yə istinadən məlumat verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla səhər təxminən 7:30 radələrində baş verib. Uçan binalardan biri 4, digəri 7 mərtəbəli olub.

Hadisənin səbəbi kimi torpaq sürüşməsi ehtimal edilir, lakin son dövrlər həmin ərazidə torpaq sürüşməsinə səbə ola biləcək qədər yağışlar yağmadığı da qeyd olunur.

Hazırda hadisə yerində xilasedicilər işləyirlər.