"Qarabağ" "Qəbələ"yə də uduzdu

2 Oktyabr 2016 22:00 (UTC+04:00)

Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub.

Movqe.azın goal.az-a istinadla məlumatına görə, "Qarabağ" "Qəbələ"nin qonağı olub.

"Qəbələ" oyunun əvvəlində üstünlüyü ələ alıb. 11-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. Cəmi 3 dəqiqə sonra Baqali Dabo oyunda ikinci və sonuncu qolu vurub - 2:0.

Beləliklə "Qəbələ" klubu ardıcıl 5 tur qələbə qazanaraq birinci pillədəki yerini möhkəmləndirib.