Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

3 Oktyabr 2016 09:45 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 3 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, oktyabrın 3-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6170 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8166 manat təşkil edir.

1 türk lirəsi 0,5382 manat, 1 rus rublu 0,0257 manatdır.