Son iki günün yol qəzaları: 3 ölü, 10 yaralı

3 Oktyabr 2016 12:55 (UTC+04:00)

Son iki gündə Azərbaycanda 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, oktyabrın 2-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.


Oktyabrın 1-də isə 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər yaralanmışdı.