Mərkəzi Bank depozit hərracında 70 milyondan çox vəsait cəlb edib

3 Oktyabr 2016 13:22 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 71 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 % təşkil edib.Bu barədə  Movqe.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.