Bakı sakinindən tapança, daşkəsənlidən avtomat götürüldü

3 Oktyabr 2016 13:45 (UTC+04:00)

Bakı sakinindən tapança və 7 ədəd patron götürülüb.


Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Bağırovdan "Naqan" tipli tapança və 7 ədəd patron götürülüb.


Bundan başqa, Daşkəsən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı "AKS" markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.