Hülya Avşar universitetə girən qızına 250 min dollarlıq maşın aldı

3 Oktyabr 2016 15:47 (UTC+04:00)
Aktrisa Hülya Avşar qızı Zəhra üçün bahalı avtomobil alıb.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Londonda Vestminster Universitetinə qəbul olan 18 yaşlı qızına 250 min dollar dəyərində maşın hədiyyə edib.

"Range Rover"la kifayətlənməyən H.Avşar qızına Londonun mərkəzində lüks ev tutub və dörd xidmətçisini də qızının ardınca İngiltərəyə yola salıb.