Azərbaycanda ilk dəfə olaraq Bakıda rəqəmli radio yayıma başlanıb
23 Aprel 2012 14:06 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən radio-televiziya yayımı
sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio)
yayımı tətbiq edilib. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında
105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında
Respublika və İctimai Radionun proqramları yayımlanmağa
başlayıb.
HD radio yayıma keçidin əsas məqsədi radio
proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən
səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə
əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının
yaradılmasıdır.
Qeyd edək ki, HDradio proqramları HD
radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal
olunan avtomobillərdə qəbul etmək mümkündür.
Tural QABİLOĞLU