"Barselona"nın hücumçusu Premyer Liqa yolunda

10 Yanvar 2013 11:44 (UTC+04:00)
"Barselona" klubunun hücumçusu Aleksis Sançez qışda komandasını dəyişə bilər. Çilili futbolçu ilə "Liverpul" klubu yaxından maraqlanır. Liverpul təmsilçisi ilk öncə yanvar ayında "Barselona" ilə danışıqlara başlayacaq. Razılıq əldə olunmayacağı təqdirdə, "Liverpul" mövsümün sonunda yenidən Kataloniya klubuna müraciət edəcək. İngilis nəhənginin Sançezin transferi üçün istənilən məbləği ödəməyə hazır olduğu bildirilir. Qeyd edək ki, 2011-ci ildən "Barselona"da çıxış edən Sançez keçirdiyi 37 oyunda 12 qola imza atıb.