Türkiyədə 7 terror aktının qarşısı alındı

4 Oktyabr 2016 11:47 (UTC+04:00)

Türkiyənin Adana vilayətində polis partlayıcı qurğu yerləşdirilmiş 7 avtomobil aşkar edib.

Movqe.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, terrorçuların niyyəti bu avtomobillər vasitəsilə hava limanı, yerli icra nümayəndəliyi və polis şöbələrində partlayış törətmək olub.


Əməliyyat çərçivəsində 5 şübhəli şəxs saxlanılıb.